“Azərenerji” ASC “Müxtəlif növ yuva, panel, ayırıcı və açarların satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Smart Energy Solutions” QSC olub.
Şirkətlə 2 906 314 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 28 dəst mühafizə paneli, 3 ədəd transformator, 2 ədəd qutu, 20 ədəd yuva və 2 lövhə satın alınacaq.