Şəmkir Rayon Suvarma Sistemləri İdarəsi cari təmir işləri ilə bağlı 2 tendere yekun vurub .
FED.az xəbər verir ki, “Maşın-mexanizmlər üçün ehtiyat hissələrinin satınalınması (cari təmir)” tenderin qalibi " AZİZİ" MMC olub.
Şirkətlə 169 613 manat məbləğində müqavilə imzalanıb.
“Subartezian quyularının nasos aqreqatları üçün ehtiyyat hissələrinin satınalınması (cari təmir)” tenderinin qalibi “Kaskad -Hidro M” MMC olub.
Şirkətlə 158 063 manat məbləğində müqavilə imzalanıb .