Şahdağ Turizm Mərkəzi xüsusi texnikanın və müvafiq qurğuların satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 4700664781
Satınalan təşkilatın ünvanı:AZ3827 Qusar rayonu Qusar-Ləzə avtomobil yolunun 29-cu kilometri
Müsabiqənin başlama tarixi və vaxtı: 12.09.2023 19:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 03.10.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 11.10.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 12.10.2023 10:00
Ödəniş şərtləri - Satınalma müqaviləsi üzrə ödənişlər malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, 15 bank günündən gec olmamaq şərti ilə aparılacaqdır. Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN
Çatdırılma yeri - Azərbaycan, AZ3827, Qusar Rayonu, Qusar-Ləzə Avtomobil Yolunun 29-cu km
Çatdırılma müddəti - 2023-cü ilin sonuna kimi
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Kommersiya hüquqi şəxsin Nizamnaməsi (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə)
Kommersiya hüquqi şəxsin Dövlət Qeydiyyatı Haqqında Şəhadətnaməsi
Kommersiya hüquqi şəxsin Dövlət Reyestrindən Çıxarışı
Kommersiya hüquqi şəxsin bank rekvizitləri
Kommersiya hüquqi şəxsin son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması barədə sənəd
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat
Son bir ildəki fəaliyyəti haqqında vergi orqanı tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti)
Mikro, kiçik, orta və iri sahibkarlıq subyektinə aid olması barədə məktub
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Anar Məmmədov, Satınalmalar şöbəsinin baş mütəxəssisi
Email: [email protected]
Əlaqə telefonu: 077 277 32 15
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Traktor |
Mühərrikin nominal gücü: (at gücü) 60; Silindrlərin sayı: 4; Dəyişən sürətlər qutusu: Mexaniki; Ötürmələrin sayı: irəli/geri 8/8; Arxa hidravlik çıxış sayı: 2 cüt; Arxa güc ayıran valın dövrlər sayı: (dövr,dəq.)540/1000; Ümumi uzunluq: 3910 mm; Eni: 1745 mm; Hündürluk: 2565 mm; Çəki: 2674 kg; Kabin, kompressor və hava kondisioneri vardır. |
1 |
ədəd |
2 |
Ot biçən |
Təsnifat: Ot biçən (Traktora qoşulan). Barabanların sayı: 2 ədəd; İş eni: 1350 mm; İş surəti: 10km/s, Tutum: 1.35 h/; Bıçaqların sayı: 6 ədəd; Bıçağın uzunluğu: 105 mm; Bıçağın eni: 46 mm; Ümumi genişlik: 2500 mm; Çəki: 300 kg; Kuyruk mili gücü: d/dəq 540; Minimum güc tələbi: 55 at gücü |
1 |
ədəd |
3 |
Dırmıq 4 lü |
Uzunluq: 425 sm, İşlək eni: 250-300sm, Traktordan tələb olunan güc: 30-50 at gücü, Çəkisi: 170 kq, İşçi orqan sayı: 4 |
1 |
ədəd |