"Respublika Qan Bankı" Publik Hüquqi Şəxsi tibbi ləvazimatların, Trima Accel avtomat cihazı üçün aferez setlərinin və dördlü leykofiltrli qan torbalarının satın alınması ilə bağlı keçirdiyi tenderin nəticəsini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "PULSMED" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN – 1506694491) seçilib.
Qalib şirkətlə 4 228 530 manat məbləğində müqavilə imzalanıb. Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 4 448 921 manat təşkil edirdi.
Məlumat üçün bildirək ki, "PULSMED" MMC bundan əvvəl də bənzər satınalmaların qalibi olub. Şirkət 14 noyabr 2025-ci il tarixində "Səhiyyənin Təminat Mərkəzi" PHŞ-in Respublika Qan Bankı üçün ümumi təyinatlı və eritrosit kütləli qan torbalarının satın alınması üzrə keçirdiyi 1 948 699 manatlıq tenderin də qalibi seçilmişdi.
Qeyd edək ki, "Pulsmed" MMC 100 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Səid İsmayıl Tofiq oğludur.












