"İnnovasiya və Təchizat Mərkəzi" iri məbləğli tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tender“Tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş tibbi sərf malları”nın satın alınması ilə bağlıdır.
Qalib "Xanni-2017" MMC olub.
Müqavilənin dəyəri 2 milyon 724 min 397,45 manatdır. Ehtimal olunan qiymət isə 2 milyon 754 min 906,67 manat
2017-ci ilin 11 aprelində qeydiyyata alınmış şirkətin qanuni təmsilçisi İdris İbrahimov Niyazi Oğludur.
"Xanni-2017" MMC-nin nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı isə Göygöl rayonu, Quşqaradır.











