"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən metropolitendə istismar müddətini tamamlamış orta gərginlikli (6–10 kV) kabel xətlərinin demontajı və yeni kabellərin montaj işlərinin satınalınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Bakelektro" Açıq Səhmdar Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 3 milyon 951 min 9 manat təşkil edir. Ehtimal olunan qiymət isə 5 milyon 404 min 958 manat 48 qəpik idi.
Qeyd edək ki, "Bakelektro" ASC bundan əvvəl (01.09.2020) "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən elan edilən tenderin də qalibi olub. Şirkət Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə inşa olunan yaşayış kompleksində mənzillər üçün elektrik enerjisi sayğaclarının alınıb quraşdırılması və istismara verilməsi layihəsini icra edib. Həmin müqavilənin dəyəri 403 min 356 manat təşkil edib.











