İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – Azpromo açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Azərbaycan Respublikasında bir sıra ölkədaxili və beynəlxalq tədbirlərin, biznes forumların və ikitərəfli görüşlərin keçirilməsi ilə bağlı müxtəlif xidmətlərin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1604536911
Satınalan təşkilatın ünvanı : Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 44
Müsabiqənin başlama tarixi və vaxtı: 05.10.2023 10:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 25.10.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 02.11.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 03.11.2023 17:00
Ödəniş şərtləri : Tələb olunduğu halda müqavilənin icrasına başlanması üçün 30 (otuz) faiz avans ödənişi nəzərdə tutulur. . İcraçı tərəfindən təqdim olunan mallarda nöqsanlar (uyğunsuzluq) olmadığı halda təhvil-təslim aktı imzalandıqdan sonra müqavilənin ümümi dəyəri çərçivəsində podratçının təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında 15 (on beş) bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma yolu ilə ödəniş aparılacaqdır.
Çatdırılma yeri : Tədbirin keçiriləcəyi ünvan
Çatdırılma müddəti : 30 dekabr 2023-cü il tarixinədək
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı
Son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
Nizamnamə
Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı
Rekvizitlər
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd
İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması barədə məlumat
Satınalma müqaviləsini bağlamaq səlahəyyəti olması barədə sənəd
İxtisas göstəriciləri:
İcra etdiyi analoji layihələr ilə bağlı ən azı 5 (beş) müəssisədən tövsiyə məktubu
İddiaçının aidiyyəti sahə üzrə ən azı 3 (üç) il təcrübəsi olmalıdır
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Fərid Mahmudov , Şöbə müdiri
Email: [email protected]
Əlaqə telefonu: +994502646494