"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti (VÖEN – 1503323631) açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderin predmeti Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənayesi Parkında "Azərxalça ASC"-nə məxsus mövcud xammal anbarının "Xalça emalı mərkəzi"nə çevrilməsi ilə əlaqədar yenidən qurulmasıdır. Ehtimal olunan qiymət 2 milyon 87 min 402 manat təşkil edir.
Tender 19 dekabr 2025-ci il, saat 09:56-da dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 22 yanvar 2026-cı il, saat 16:00, zərflərin açılışı isə həmin tarixdə, saat 16:00-da keçiriləcək.
İştirak haqqı 1000 manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı isə 25 manat təşkil edir. Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçməklə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs: Fateh Əliyev -Satınalma şöbəsinin rəisi
[email protected]
+994 12 585 13 33
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 22 yanvar 2026-cı il, saat 16:00-a qədər Şumqayıt ş. Kimyaçılar küçəsi, ev1 AZ5002 ünvanına təqdim edə bilərlər.











