"Azərsu" ASC açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda “Azərsu” ASC-nin daxili vəsaiti hesabına elektrik lampaların və komplektləşdirici hissələrin satın alınması nəzərdə tutulur .
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 9900001751
Satınalan təşkilatın ünvanı : Moskva prospekti 67, AZ 1012 Bakı,
Müsabiqənin başlama tarixi və vaxtı : 31.08.2023 17:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı : 22.09.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı : 02.10.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı : 03.10.2023 17:00
Ödəniş şərtləri : Malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
Çatdırılma yeri : “Azərsu” ASC
Çatdırılma müddəti : bir il
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Maliyyə vəziyyəti haqqında bank arayışı
Nizamnamə
Qeydiyyatdan keçdiyi ölkə
Rekvizitlər
Malgöndərənlərin (podratçıların) mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayışı).
İxtisas göstəriciləri:
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalıdır
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması
Müflis elan olunmamalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödənişə yönəlmiş girovu olmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır (tələb olunur)
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmamalı, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməlidir
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi halları mövcud olmamalıdır. (müvafiq icra hakimiyyəti orqanının arayışı)
Malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı və təcrübəsi (oxşar təcrübəyə dair təsdiq edici sənədlər (ən azı 2 (iki) yerinə yetirilmiş (yerinə yetirilməsinə dair təsdiq edici sənədlərlə birlikdə) müqavilə (referans məktub və s.) olmalıdır
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Elvin Məlikli, Şöbə rəisinin müavini
Email: [email protected]
Əlaqə telefonu: 055-205-29-00