"Azəriqaz" İB açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda “Şamaxı rayonu Meysəri kəndində yerləşən “Meysari Group” MMC-yə məxsus qeyri-yaşayış sahəsinin qazlaşdırılması” (layihə №7-15-22) və “Şamaxı rayonu Böyük Xınıslı kəndində yerləşən “Nasimi Gardens” MMC-yə məxsus qeyri-yaşayış sahəsinin qazlaşdırılması” (layihə №7-16-22) işlərinin yerinə yetirilməsinə tələb olunan mal-materialların satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 9900001621
Satınalan təşkilatın ünvanı: Yusif Səfərov küçəsi 35, Xətai rayonu, AZ 1025 Bakı
Müsabiqənin başlama tarixi və vaxtı: 17.07.2023 11:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 15.08.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 23.08.2023 11:00
Zərflərin açılış tarixi və vaxtı: 24.08.2023 11:00
Ödəniş şərtləri - Müqavilə üzrə ödəniş, hissə-hissə, mərhələlərlə, və ya tam şəkildə göstərilmiş işin faktiki olaraq Sifarişçiyə təhvil verildikdən sonra təqdim etdiyi sənədlər əsasında ( hesab-faktura, forma-2 və s sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 (on beş) bank günündən gec olmamaq şərti ilə aparılacaq
Çatdırılma yeri - Mərkəzi Anbar
Çatdırılma müddəti - 2 ay
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə;
Malgöndərənin VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış;
İddiaçının Dövlət Statistika Komitəsindən sahibkarklıq kateqoriyası haqqında arayış;
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;(Vergi Bəyannaməsi)
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
Tələb olunan mallar üzrə mənşə və uyğunluq sertifikatları; (Müvafiq mallar üzrə rəsmi partnyor, distribyutor və ya istehsalçının rəsmi təmsilçisi olduğunu təsdiq edən sertifikat və ya məktub (tender təklifi ilə bərabər təqdim olunsun))
İddiaçının son 3 (üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar;
İddiaçının maddi-texniki bazası (sifarişi yerinə yetirməsi imkanı) haqqında məlumat ;
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Fərid Xəlilov, Satınalma mütəxəssisi
Emai: [email protected]
Əlaqə telefonu: +994702504548