"AzerGold" QSC təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda bal və bal məhsulları, həmçinin məhsulların qablaşdırılması və bunun üçün müvafiq malların satın alınması nəzərdə tutulur.
Qiymət təklifi sorğusu iştirakçıları Cəmiyyətin rəsmi internet səhifəsində - https://www.azergold.az satınalmalar bölməsinə daxil olaraq müvafiq elektron poçt ünvanına ([email protected]) və ya yazılı şəkildə qiymət təklifi sorğusunda iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar qiymət təklifi sorğusu şərtlərini əldə etmək üçün aşağıda qeyd olunmuş sənədləri 03 noyabr 2023-cü il saat 18:00-a qədər Tender Komissiyasına təqdim edilməlidir:
- Qiymət təklifi sorğusunda iştirak üçün müraciət ərizəsi;
- İştirak edəcək təchizatçının Nizamnaməsi və ya Əsasnaməsi (rezident olduqda);
- Müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları barədə arayış:
- Tələb olunan mal/material, iş və ya xidmətlər haqqında məlumat;
- Xidmətlərin göstərilməsi şərtləri;
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
- Vergi ödəyicisinin eyniləşdirmə vərəqəsi (VÖEN) (rezident olduqda);
- Satın alınacaq mal/material, iş və ya xidmətin xüsusiyyətindən asılı olaraq satınalma şərtlərində göstərilən tələblərə uyğunluq.
- Təchizatçının yalnız mikro, kiçik və ya orta sahibkarlıq subyektinə aid olmasını təsdiq edən arayış (arayış son hesabat ilinə olan vəziyyəti əks etdirməlidir, həmçinin arayışı verən orqan tərəfindən və ya notariat qaydasında təsdiq olunmalıdır.)
İlkin kvalifikasiyadan keçmiş təchizatçılar qiymət təklifi sorğusu üzrə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra qiymət təklifi sorğusu şərtlərini əldə edə bilərlər.
İştirak haqqı – 50 AZN
Benefisiar: “AzerGold” QSC
VÖEN: 1403467421
H/h: AZ71AIIB380100C9446440000210,
“Kapitalbank” ASC-nin Badamdar filialı,
bankın VÖEN-i: 9900003611,
KOD: 201207,
M/h: AZ37NABZ01350100000000001944,
SWİFT: AIIBAZ2XXXX.
Malların siyahısı (qiymət cədvəli)
“AzerGold” QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə Siyasətinə uyğun olaraq cari ildə “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi uğurla icra edilmişdir. Layihə çərçivəsində 32 nəfər fermerin hər birinin fərdi təsərrüfatına baxış keçirilmiş, layihəyə cəlb edilmiş ekspertlər tərəfindən təsərrüfatlarda aşkarlanan problemlərin həllinə dair 10 mövzuda intensiv təlimlər təşkil edilmişdir. Qeyd edilən tədbirlər öz effektiv nəticələrini vermiş, arıların beçələmə dövründə fermerlərə “AzerGold” QSC tərəfindən təqdim edilmiş 96 ədəd arı ailəsi 36 yeşik artırılmışdır. Beləliklə, fermerlər layihə çərçivəsində Daşkəsən arıçılarının istifadəsinə verilmiş dəzgahlardan istifadə etməklə balsüzümü prosesini yekunlaşdırmış, yekunda ən azı 2 kq olmaqla, maksimum 21 kq nəticə ilə ümumilikdə 218.5 kq məhsuldarlıq qeydə alınmışdır.
Layihənin sonuncu mərhələsi olaraq fermerlərin tədarük etdiyi bal və bal məhsulunun alınması ilə onlara növbəti dəstəyin göstərilməsi nəzərdə tutulur. İrəli sürülən təşəbbüs Daşkəsəndə arıçılığın stimullaşdırılması, mikro sahibkarlığın inkişafına dəstəyin təşviq edilməsi və layihənin təbliği məqsədi daşıyır.
Sıra №-si |
Məhsul növü |
Qeyd |
Ümumi həcm/ ölçü |
1 bankanın təqribi strukturu |
Ümumi saya görə təqribi çəki |
Say (ədəd) |
1 |
1-ci banka - Təbii bal |
Layihədə iştirak etmiş fermerlərdən alınacaq. 1 kq balın bazar qiyməti 35 AZN müəyyən edilib. |
218 kq bal |
250 qr xalis bal |
96 kq xalis bal |
380 |
2 |
2-ci banka - Təbii bal + güləm (perqa) qarışığı |
Güləm (perqa) layihədə iştirak etmiş fermerlərdən alınacaq. 1 kq güləmin bazar qiyməti 100 AZN müəyyən edilib. |
39 kq güləm |
~ 180 qr xalis bal + ~ 100 qr güləm |
70 kq xalis bal + 39 kq güləm |
380 |
3 |
3-cü banka - Təbii bal + fındıq qarışığı |
Fındıq (qabığısoyulmuş) |
35 kq fındıq |
~ 130 qr xalis bal + ~ 90 qr fındıq |
50 kq xalis bal + 35 kq fındıq |
380 |
4 |
Analiz |
Diastaza ədədi, hidroksimetlfurfurol və şəkərlərin təyin edilməsi (Nümunələr sifarişçi tərəfindən təchizatçı şirkətə təhvil veriləcək) |
15 ədəd nümunə |
- |
- |
15 |
7 |
Bal qaşığı |
Taxtadan hazırlanmış |
10 sm |
- |
- |
380 |
8 |
Qablaşdırılma Etiketlər və kağız örtük + tara |
Qablaşdırma üzərində yapışqan etiketin dizayn edilməsi; Etiketlərin üzərində Azərbaycan dilində istehlakçılar üçün qanunvericilikdə nəzərdə tutulmuş lazımi məlumatlar əks olunması; Etiketilərin yapışdırılması. Qapağın kraft kağızla üzlənməsi və jüt iplə bağlanılması. Balın qüvvədə olan normativ sənədlərə uyğun qaydada qablaşdırılması |
- |
- |
1140 |
1. Mallar İcraçı tərəfindən Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi, 2H çatdırılmalı və boşaldılmalıdır.
2.İcraçı tərəfindən malların təhvil verilməsi Müqavilə imzalandıqdan sonra 2 ay ərzində başa çatdırılmalıdır.
Təchizatçılar QTSMX 60 - də göstərilən sənədləri, həmçinin qiymət təklifi və qiymət təklifinin təminatını möhürlənmiş, imzalanmış və ikiqat zərfdə 06 noyabr 2023-cü il saat 15:00-a qədər “AzerGold” QSC-nin Tender Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Qiymət təklifi sorğusu üzrə təklif zərflərinin açılışı 07 noyabr 2023-cü il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.