Azərbaycan Respublikası "Azərbaycan" Nəşriyyatı 2 tenderə yekun vurub
FED.az xəbər verir ki, “Qəzet kağızı satınalınması” təkliflər sorğusunun qalibi “Halal-P” MMC olub.
Şirkətlə 386 120 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 394 ton qazet kağızı satın alınacaq.
“Ofset çap təbəqələri satınalınması” təkliflər sorğusunun qalibi “Universal Poliqraf” MMC olub.
Şirkətlə 156 822 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 30 000 ədəd ofset çap təbəqələri satın alınacaq.