Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti 3 tenderə yekun vurub.
Cəbrayılda su təchizatı ilə bağlı 3 milyonluq tenderə - YEKUN VURULDU
FED.az xəbər verir ki, Qarabağın müxtəlif rayonlarında su təchizatı ilə bağlı olan bu tenderləri müxtəlif şirkətlər udub.
Dövlət qurumu ilə tenderlərin qalibləri arasında toplamda 14 858 933 manat dəyərind müqavilələr imzalanıb.
Daha detallı aşağıdakı cədvəldə :
Satınalma predmeti |
Qalib şirkət |
Məbləğ |
“Laçın rayonunun Zabux, Sus, Bəylik və Güləbird kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması” işlərinin satın alınması |
"AZ GRAFT Construction" MMC |
7 123 232 AZN |
Ağdam rayonunun Sarıcalı kəninin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması” işlərinin satın alınması |
"Rəmzi" MMC |
1 609 440 AZN |
“Ağdam rayonunun Kəngərli və Xıdırlı kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması” işlərinin satın alınması |
"RR İnvestment" MMC |
6 126 261 AZN |