Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) kotirovka sorğusu elan edir.
Şirvanın yollarının təmir olunması üçün - TENDER KEÇİRİLİR
FED.az xəbər verir ki, sorğuda xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi nəzərdə tutulub.
Müsabiqədə iştirak haqqı 172 manat təşkil edir.
Satınalan təşkilatın VÖEN-i: 1700049501
Satınalan təşkilatın ünvanı: Üzeyir Hacıbəyli küç. 40, Hökumət evi, 2 qapı
Ehtimal olunan qiymət: 86.052,50 AZN
Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 04.03.2025 17:50
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 19.03.2025 10:00
Zərflərin açılış tarixi və vaxtı: 19.03.2025 10:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Jalə Həsənli, baş məsləhətçi
Email : [email protected]
Əlaqə telefonu : 0124938814
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Aviabilet (bilet alışı tarixi 15 Aprel- 31 May 2025-ci il) |
Avropa və Asiya ölkələri. Ekonom sinif gəliş-dönüş, cəriməsiz qaytarılan və dəyişdirilə bilinən, əl və yük baqajı daxil olan biletlər. Birbaşa olmayan reyslərdə 4 saatdan çox gözləmə müddəti olmayan və eyni avia daşıyıcı şirkətin olmağı nəzərə alınmalıdır |
10 |
nəfər |
2 |
Mehmanxana xidməti |
Səbail rayonu ərazisində (1-ci zona Sahil) 5 ulduzlu otel, 3 gecə 4 gün. Suit otaqlar, mini bar, səhər yeməyi, erken giriş və gec çıxış icazəsi nəzərə alınmalıdır. |
10 |
nəfər |
3 |
Yemək xərcləri: nahar və şam |
15 nəfər (Qeyd olunan tərkibə uyğun olaraq 1 nəfər üçün 1 porsiya, 1 ədəd=1 porsiya). Tədbir keçiriləcək ünvanda və ya maksimum 1 km uzaq məsafədə olan, Milli mətbəx, canlı musiqi, beynəlxalq səviyyədə qonaqların qəbulu üçün nəzərdə tutulan və AQTA sertifikatı olan restoranlarda (3 nahar 3 şam) 17,19,20 iyun tarixlərinə. (Sifarişçi ilə razılaşmaqla) (19 iyun Xankəndi səfəri nəzərə alınmalıdır) |
15 |
nəfər |
4 |
Ziyafət yeməyi konfrans günü 18.06.2025 |
Qeyd olunan tərkibə uyğun olaraq 1 nəfər üçün 1 porsiya, 1 ədəd=1 porsiya. Dənizkənarı ərazidə Milli mətbəx, avropa və asiya mətbəxi (zərurət olduqda vegetarian/veqan çeşidlər), canlı musiqili (milli) konsert proqramı olan, beynəlxalq səviyyədə qonaqların qəbulu üçün nəzərdə tutulan, pestijli və AQTA sertifikatı olan restoranda 100 nəfərlik zal. (Sifarişçi ilə razılaşmaqla) |
100 |
nəfər |
5 |
Transfer xərcləri |
1 ədəd 20 nəfərlik Vip Mersedes Sprinter minimum 2020-ci il (4 gün üçün), 1 ədəd 40 nəfərlik Man tipli Neoplan City Lineravtobus (2 günlük). Transfer: Hava limanı- Hotel- Hava limanı. 19 iyun 2025-ci il tarixdə Xankəndi səfəri nəzərdə tutulub. Nəqliyyatda səfər boyu su və təmizlik vasitələri, İlk yardım çantası mütləq olmalıdır. |
4 |
gün |
6 |
Tərcümə avadanlığı |
200 nəfər (qonaq və əməkdaşlar) üçün dinləmə cihazları, masa üstü mikrofon və əlaqəli digər avadanlıqların icarəsi, sinxron tərcümə üçün avadanlıqla təchiz olunmuş tərcümə kabinləri və hər bir qonaq üçün sinxron tərcüməyə aid qulaqcıqlar. |
1 |
gün |
7 |
Tərcümə xidməti |
İngilis və rus dilləri sinxron tərcümə 4 nəfər (2-2 növbəli, nahara qədər/nahardan sonra). Oxşar rəsmi tədbirlərdə ən azı 10 il təcrübəyə malik tərcüməçilər olmalıdır. Tədbirin mövzusu: “Qanunun aliliyinin gücləndirilməsi: Ombudsman və Milli İnsan Hüquqları təsisatlarının rolu” |
1 |
gün |
8 |
İcarə xərci (2 çay/kofe fasiləsi, 1 nahar) |
Səbail rayonu ərazisində (1-ci zona Sahil) 5 ulduzlu otel, 200 nəfərlik zal. Konfrans tarixi 18.06.2025 200 nəfərlik Premium çay və kofe fasiləsi və Premium nahar menyusu (Qeyd olunan tərkibə uyğun olaraq 1 nəfər üçün 1 porsiya, 1 ədəd=1 porsiya). Milli mətbəx, avropa və asiya mətbəxi (zərurət olduqda vegetarian/veqan çeşidlər) nəzərə alınmalıdır. |
1 |
gün |
9 |
Konfrans zalının icarəsi – Göstərilən qiymət İl ərzində təşkil ediləcək digər müxtəlif tədbirlər üçün nəzərdə tutulub |
50-70 nəfərlik tədbir zalı (Sifarişçi ilə razılaşmaqla) , avadanlıqlar, çay və kofe fasiləsi. |
3 |
ədəd |