"İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi" MMC tərəfindən İqtisadiyyat Nazirliyinin inzibati binasında mövcud sistemlərə göstərilən texniki xidmətlərin satın alınması ilə bağlı elan edilmiş açıq tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "Azservis" MMC (VÖEN: 2304252631) olub. Müqavilənin ümumi dəyəri 6 495 555 manat təşkil edir. Ehtimal olunan qiymət isə 6 718 673 manat idi.
Qeyd edək ki, "Azservis" MMC İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyinin daimi tərəfdaşlarından biridir. Şirkət son illərdə bu qurumun elan etdiyi irihəcmli tenderlərin qalibi olub. Tərəflər arasında imzalanan son 3 müqavilənin ümumi dəyəri 18 163 050 manat təşkil edir.
Şirkətin qalib gəldiyi əvvəlki tenderlər aşağıdakılardır:
-
İqtisadiyyat Nazirliyinin inzibati binasında mövcud sistemlərə göstərilən texniki xidmətlər – 5 601 774 manat (13.02.2025).
-
Bakı şəhəri, Heydər Əliyev prospekti 155 ünvanında yerləşən inzibati binada xidmətlərin göstərilməsi – 6 065 721 manat (25.01.2024).
Qeyd edək ki, “Azservis” MMC şirkəti 18.10.2018-ci il tarixində yaradılıb və nizamnamə kapitalı 5 AZN təşkil edir. Şirkətin hüquqi təmsilçisi Elnarə Tağıyeva Eldar qızıdır.










