Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi yeni nəqliyyat vasitəsinin alınması ilə bağlı satınalma həyata keçirib.
Agentlik Cənubi Koreya və İsraildən gələcək jurnalistlərə 135 min manatlıq səfərlər təşkil edir
FED.az xəbər verir ki, bu məqsədlə “Prime Auto Technology” şirkəti ilə ümumi dəyəri 45.960 manat olan müqavilə bağlanıb.
Müqavilə üzrə satınalma minik avtomobilinin alınmasını nəzərdə tutur. Qeyd olunmalıdır ki, bu satınalma elektron sistem vasitəsilə həyata keçirilməyib – yəni dövlət satınalmalarının vahid internet portalı üzərindən deyil, portaldan kənar prosedurla reallaşdırılıb.