Müdafiə Nazirliyi “Azərbaycan Ordusunun hərbi tibbi müəssisələrinin laboratoriya bölmələrində işin təşkili üçün tələb olunan reaktivlərin, qidalı mühitlərin, mikroorqanizmlərin identifikasiyası testlərinin, antibiotiklərə həssaslıq disklərinin və laborator məsrəf materiallarının satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Labservis Ltd” MMC olub.
Qalib şirkətə 1 764 332 manat ödəniləcək.
Qeyd edək ki, “Labservis Ltd” 1994-cü ildə yaradılıb, nizamnamə kapitalı 2 400 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Roza Şahbazova Qafar qızıdır. Hüquqi ünvanı AZ1022, Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun, ev 81, m. 2 ünvanında yerləşir.