Milli Arxiv İdarəsi 2 tenderə yekun vurub.
FED.az xəbər verir ki, ““Dövlət Arxivlərinin (Bakı şəhəri, Həsən bəy Zərdabi küçəsi, 593 ünvanında yerləşən) binasında isitmə və soyutma sistemlərinin ötürücü qurğularında aparılacaq işlərin” satın alınması” tenderinin qalibi “Koneks Construction” MMC olub.
Qalib şirkətə 116 227 manat ödəniləcək.
““Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin istismarda olan informasiya sistemləri avadanlıqlarına, giriş-çıxış qurğularına, mərkəzi videomüşahidə sistemlərinə texniki dəstək göstərilməsi və Arxiv fondu sənədlərinin elektron nüsxələrinin yaradılması və sistemə daxil edilməsi işlərinin” satın alınması” tenderinin qalibi “Sinam” MMC olub.
Qalib şirkətə 234 891 manat ödəniləcək.