Dövlət Məşğulluq Agentliyi «Yeni peşə və kvalifikasiya standartlarının hazırlanması və mövcud peşə və kvalifikasiya standartlarının yenilənməsi xidmətlərinin satın alınması» üzrə tender elan edib.
Mrəkəzi Bankın 1 milyonluq tenderi bu səbəbdən - LƏĞV OLUNDU
FED.az xəbər verir ki, tender çərçivəsində 235 istiqamət üzrə yeni peşə standartlarının hazırlanması və mövcud standartların yenilənməsi nəzərdə tutulur.
Şərtlərə görə, tender üzrə alınacaq xidmətlərin ehtimal olunan qiyməti 1 milyon 627 min manat təşkil edir.
Müsabiqə üzrə təkliflər iyulun 27-dək qəbul ediləcək və həmin gün qalib müəyyən ediləcək.
Tenderdə minimum 3 iştirkçı olmalıdır, ətraflı məlumatı qurumun satınalma mütəxəssisi Tarxan Hüseynlidən ([email protected], +994 12 596 43 05) almaq olar.
Xatırladaq ki, Dövlət Məşğulluq Agentliyi yeni peş əvə kvalifikasiya standartları ilə bağlı tenderləri mütəmadi keçirir, belə tenderlər 2019, 2020, 2021 və 2022-ci ildə keçirilib.
2020-2021-ci illədrə hər birinin qiyməti 99 min manat ətrafında olan tenderləri «Global Legal» şirkəti qazanıb. Bu şirkət sonradan ləğv edilib.
2022-ci ildə isə analoji tenderi «Bis CO» şirkəti qazanıb.
«Bis CO» MMC (VÖEN 1001721661) şirkəti 2009-cu ildə yaradılıb, nizamnamə kapitalı cəmi 100 manatdır, şirkətin hüquqi ünvanı Baki şəhəri, Binəqədi rayonu, Rəşid Behbudov, ev.1A, m.13-da yerləşir. Qanini təmsilçisi Heydər Hüseynov Yusif oğludur.