Mərkəzi Bank açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda audit proseslərinin idarə edilməsinə dair proqram təminatının satın alınması nəzərdə tutulur. Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 9900071001
Satınalan təşkilatın ünvanı : AZ1014, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90
Müsabiqənin başlama tarixi və vaxtı: 24.11.2023 15:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 18.12.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 26.12.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 27.12.2023 10:00
Ödəniş şərtləri : Əsas Şərtlər Toplusuna əsasən
Çatdırılma yeri : AZ1014, Azərbaycan Respublikası, Bakı şəh., R.Behbudov küç. 90
Çatdırılma müddəti : 3(üç) ay
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
İddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
İddiaçının sahibkarlıq subyektlərinin hansı bölgü kateqoriyasına aid olmasına dair müvafiq dövlət orqanından arayış
İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı
Satınalma prosedurunun başlanmasından əvvəlki 5 (beş) il ərzində iddiaçının özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış
İddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması barədə müvafiq dövlət orqanından arayış
İddiaçının satınalma predmeti üzrə iş təcrübəsi və əsas korporativ müştəriləri barədə məlumatlar. Son 2 (iki) il ərzində xidmət göstərilən müştərilərin adları və əlaqə məlumatları
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Şəhriyar İmanov, Böyük mütəxəssis