Mərkəzi Bank “İsitmə-soyutma-havalandırma, su-kanal sistem və avadanlıqlarına texniki xidmətin satın alınması” ilə bağlı elan edilmiş və elektron satınalma prosedurları çərçivəsində keçirilmiş açıq tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, satınalmalar komissiyasının 28 noyabr 2023-cü il tarixli qərarına əsasən "ESTET" MMC tenderinin qalibi elan edilmişdir. Qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalanmışdır.