Azərbaycan Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Qanuna uyğun olaraq aşağıdakı satınalma predmetləri üzrə açıq tender üsulu ilə elektron satınalma keçirir:
LOT 1: Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanında yerləşən mərkəzi ofisi üçün 2 ədəd 30 kVA gücündə elektrik tənzimləyicisinin, Yevlax və Quba şəhərlərində yerləşən Ərazi İdarələri binalarında istismar olunan UPS avadanlıqları üçün akkumulyatorların və onların quraşdırılması işlərinin satın alınması;
LOT 2: Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasının server otağında yanğın təhlükəsizliyi ilə bağlı işlərin və mal-materialların satın alınması;
LOT 3: Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün korporativ stil mallarının satın alınması.
Tender proseduru 30 noyabr 2021-ci il saat 15:00-da Dövlət satınalmalarının vahid internet Portalında (https://etender.gov.az/) (bundan sonra - Portal) keçiriləcəkdir.
Tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
LOT 1 və LOT 2 üzrə iştirak haqqı tətbiq edilmir, LOT 3 üzrə isə maraqlı şəxslər tenderdə iştirak etmək üçün “ASAN ödəniş” sistemi vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 100 (bir yüz) manat məbləğində iştirak haqqı ödəməklə Portal vasitəsilə Əsas şərtlər toplusunu əldə edə bilərlər:
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
Hesab: AZ25NABZ01701190000000001944
Müxbir hesabı: AZ74NABZ01451700000000001944
S.W.I.F.T. BIK NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri;
- iddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- Azərbaycan dilində tender təklifi (tender təklifi 14 yanvar 2022-ci ilədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (tenderin Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;
- tenderin Əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.
İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını ən geci 29 noyabr 2021-ci il saat 18:00-a qədər, digər tələb olunan sənədləri isə ən geci 19 noyabr 2021-ci il saat 15:00-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.
Satınalmaya başlanma vaxtı:
Hər üç LOT üzrə: satınalma müqaviləsi imzalandığı gündən.
Malların təqdim edilməsi və xidmətlərin göstərilməsi (işlərin görülməsi) müddəti:
LOT 1 və LOT 2 üzrə satınalma müqaviləsi imzalandığı gündən 60 (altmış) təqvim günü müddətində;
LOT 3 üzrə: tələbata uyğun sifariş əsasında 1 (bir) il müddətində.
Qiymətləndirmə meyarları:
LOT 1 və LOT 2 üzrə: maliyyə və texniki amillər (əməkdaşların peşəkarlığı, maddi-texniki baza, iş təcrübəsi, zəmanət müddəti və zəmanət şərtləri).
LOT 3 üzrə: maliyyə və texniki amillər (iş təcrübəsi və korporativ müştərilərin sayı).
İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.