Mənzil-Kommunal Təmir Xidməti audit xidmətinin satın alınması ilə bağlı kotirovka sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda iştirak haqqı 10 manatdır.
Ehtimal olunan qiymət:5.000,00 AZN
Müsabiqənin dərc edilmə tarixi və vaxtı:11.09.2024 16:38
Təkliflərin son təqdim olunma tarixi və vaxtı:23.09.2024 18:00
Zərflərin açılış tarixi və vaxtı:23.09.2024 18:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Zaur Quliyev, Mühasib
Email: [email protected]
Əlaqə telefonu: 0124922427 (19)
Xidmətin adı: Mənzil-kommunal Təmir Xidmətinin 31.12.2023-cü il tarixində başa çatan il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış maliyyə hesabatlarının və İdarənin strukturuna daxil olan qurumların birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditinin aparılması. Xidmətin məqsədi: Bütövlükdə maliyyə hesabatlarında dələduzluq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin olmaması ilə bağlı kifayət qədər əminlik əldə etmək və nəticədə maliyyə hesabatlarının bütün əhəmiyyətli hallarda müvafiq maliyyə hesabatları qaydalarına uyğun hazırlanıb - hazırlanmadığına dair auditor rəyinin bildirilməsi. Audit rəhbərliyə aşağıda qeyd olunanları aşkar etməyə imkan verir: • mühasibat uçotunun müvafiq qaydalara uyğun aparılıb aparılmaması; • maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanıb-hazırlanmaması; • həyata keçirilən əməliyyatların qanunauyğun və məqsədəmüvafiq olub-olmaması; • faktiki çəkilən xərclərin planlaşdırılmış smetaya müvafiq olub-olmaması; • mühasibat uçotunun aparılmasında mövcud olan çatışmazlıqlar; • ilkin uçot sənədlərinin qanunvericiliklə müəyyən edilmiş qaydalara müvafiq olub-olmaması; • vergi, maliyyə, hüquqi və idarəetmə risklərinin aşkar edilməsi; • daxili nəzarət sisteminin təşkilindəki zəif yerlərin aşkar edilməsi; • mühasibat uçotunun əmlakın səmərəli idarə olunma alətinə çevrilməsi; Auditlə aşağıdakı sahələr əhatə olunur:
1. Dövlət qeydiyyatı sənədləri: l Əsasnamə (nizamnamə); l VÖEN; l Dövlət resyestrindən çıxarış.
2. Müqavilələr: l Xidmət müqavilələri; l Təsərrüfat müqavilələri; l İcarə və kirayə müqavilələri; l Alqı-satqı müqavilələri; l Sazişlər və razılaşmalar; l Öhdəliyin ötürülməsinə/qəbul edilməsinə dair müqavilələr l İcbari və könüllü sığorta müqavilələri; l digər müqavilələr.
3. Vergi bəyannamələri və digər rəsmi hesabatlar: l Vergi bəyannamələri və vergi orqanına təqdim edilmiş arayışlar; l Vahid bəyannamə; l Statistika hesabatları; l Digər rəsmi hesabatlar.
4. İşçilərlə hesablaşmalar: l Əmək müqavilələri; l İşçilərin işə davamiyyət cədvəlləri (tabellər) l İşçilərə əmək haqqının hesablanması cədvəlləri; lİşçilərə məzuniyyət haqqının, xəstəlik müavinətinin, ezamiyyə xərclərinin və digər ödənişlərin hesablanması cədvəlləri; lŞtat cədvəlləri.
5. Gəlirlər: l Məqsədli maliyyələşməni (büdcədən ayrılmış subsidiyaları) təsdiqedici sənədlər; l Malların satışından (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) əldə edilmiş gəlirlərə dair təsdiqedici sənədlər (müqavilələr, göndərilmiş e-qaimələr, təhvil-qəbul aktları, üzləşmə aktları və s.)
6. Xərclər: l Xərclərə dair təsdiqedici sənədlər (müqavilələr, təhvil-qəbul aktları, daxil olmuş e-qaimələr, üzləşmə aktları və s.)
7. Qısamüddətli öhdəliklər: l Büdcə ilə və büdcədənkənar fondlarla hesablaşmalar üzrə öhdəliklər; l Qısamüddətli kreditor borcları; l Sair qısamüddətli öhdəliklər.
8. Aktivlər (uçot sənədləri): l Uzunmüddətli aktivlər: torpaq, tikili və avadanlıq, qeyri-maddi aktivlər; l Gələcək hesabat dövrlərinin xərcləri, verilmiş avanslar; l Qısamüddətli aktivlər: ehtiyatlar, qısamüddətli debitor borcları; l Sair qısamüddətli aktivlər.
9. Aktlar: l İşlərin və xidmətlərin təhvil-qəbul aktları; l Malların silinməsi aktları, Əmlakın ləğvi aktları. l İnventarizasiyanın yekun cədvəlləri.
10.Mühasibat uçotu: l Uçot siyasəti; l İllik gəlirlər və xərclər büdcəsi; lİllik xərclər smetası; l Mühasibat uçotunun ilkin uçot sənədləri ; l Mühasibat uçotu registrləri; l Bank hesablarından çıxarışlar, pul vəsaitlərinin hərəkətinə dair digər təsdiqedici sənədlər, Nağd pul vəsaitlərinin mədaxil və məxaric orderləri, kassa çekləri (qəbzləri), kassa kitabları, kassirin hesabatları və s. Əmlakın hərəkəti haqqında hesabatlar l (ehtiyatların anbar uçotu, anbardarın hesabatları, maddi-məsul şəxslərin material hesabatları). Təhtəlhesab şəxslərlə hesablaşmalara dair sənədlər (maddi-məsul şəxslərin avans hesabatları).
11. Mənzil-kommunal Təmir Xidmətinin 31.12.2023-cü il tarixində tamamlanan hesabat ili üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış maliyyə hesabatları və İdarənin strukturuna daxil olan qurumların birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları: l Maliyyə vəziyyəti haqqında hesabat; l Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat; l Kapitalda dəyişikliklər haqqında hesabat; l Pul vəsaitlərinin hərəkəti haqqında hesabat; l Maliyyə Hesabatlarına İzahedici Qeydlər.