Dövlət Sərhəd Xidməti “Səhra geyimləri və çəkmələr” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Mega Textil” MMC olub.
Qalib şirkətə 1 306 826 manat ödəniləcək.
Bu qiymətə aşağıdaki geyimlər daxildir :
3 000 dəst kamfulyaj parçadan yay gödəkcəsi, yay şalvarı və furajka (dəniz dalğası rəngli)
3 000 dəst kamfulyaj parçadan qış gödəkcəsi, qış şalvarı və furajka (dəniz dalğası rəngli)
3 000 dəst kamuflyaj parçadan istiləşdirilmiş qış gödəkcəsi (dəniz dalğası rəngli)
3 000 cüt qara rəngli uzunboğaz çəkmə
4 000 cüt uzunboğaz çəkmə (taktiki, xüsusi əməliyyatlar üçün)
160 cüt uzunboğaz çəkmə (fəxri qarovul heyəti üçün)
3 000 ədəd növbətçi nişanı (qol sarğısı)