Azərbaycanın regionlarında milli valyutada yerləşdirilən əmanətlərin gəlirlilik dərəcələri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Mərkəzi Banka istinadən xəbər verir ki, milli valyutada əmanət portfelinin ən az olduğu region Şərqi Zəngəzur iqtisadi rayonudur.
Siyahıya Şərqi Zəngəzur iqtisadi rayonu başçılıq edir (ən az həcm). Burada manatla cəmi 796 min manat (5,54%) əmanət yerləşdirilib.
İkinci yerdə Dağlıq Şirvan iqtisadi rayonu qərarlaşıb – 48 milyon 32 min manat (6,46%).
Mil-Muğan iqtisadi rayonu 49 milyon 784 min manat (4,56%) göstərici ilə üçüncü sırada yer alıb.
Dördüncü pillədə Şirvan-Salyan iqtisadi rayonu gəlir – 71 milyon 915 min manat (5,70%).
Siyahının beşinci pilləsində Naxçıvan iqtisadi rayonu (80 milyon 262 min manat və ya 5,57%) qərarlaşıb.
Altıncı yerdə Qarabağ iqtisadi rayonu gəlir – 96 milyon 696 min manat (6,00%). Siyahının yeddincisi isə Qazax-Tovuz iqtisadi rayonu (125 milyon 930 min manat və ya 6,91%) olub.











