Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi 5 tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki, qaliblər müxtəlif qurumlar olub.
"Layihə-smeta sənədlərinin hazırlanması işlərinin (“Əsaslı təmir üzrə Zərdab, Sabirabad, Salyan və Neftçala rayonları ərazisində Kür çayında yerinə yetiriləcək daş-betonla sahilbərkitmə işləri”) satınalınması" tenderinin qalibi Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə” (VÖEN: 1300359461) olub. Müqavilənin dəyəri 98 000 manatdır.
"Cari təmir üzrə Kürdəmir rayon ərazisində yerləşən Girdimançay çayında mexanizmlərlə yerinə yetiriləcək torpaq işlərinin (məcranın təmizlənməsi və mühafizə bəndinin təmiri) satınalınması" tenderinin qalibi "Salyan Melioservis İdarəsi" (VÖEN: 7000055261) olub. Bu müqavilənin dəyəri 190 000 manatdır.
Eyni adlı daha bir tender "Sabirabad Melioservis İdarəsi"nə (VÖEN: 6800240801) həvalə edilib. Bu tenderin məbləği 156 000 manatdır.
"Cari təmir üzrə Zərdab rayon ərazisində yerləşən Göyçay çayında mexanizmlərlə yerinə yetiriləcək torpaq işlərinin (məcranın təmizlənməsi və mühafizə bəndinin təmiri) satınalınması" adlı tenderin qalibi "Neftçala Melioservis İdarəsi" (VÖEN: 6500044411) olub. Həmin qurumla 255 000 manat məbləğində müqavilə imzalanıb.
"Cari təmir üzrə Zərdab və Kürdəmir rayonları ərazisində yerləşən Göyçay və Girdimançay çaylarında mexanizmlərlə yerinə yetiriləcək torpaq işlərinin (məcranın təmizlənməsi və mühafizə bəndinin təmiri) satın alınması" tenderin qalibi "“Meliorativ Maşın Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti" (VÖEN: 6800363351) olub. Bağlanmış müqavilənin dəyəri 260 000 manatdır.