Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin kənd təsərrüfatında zərərvericilərə qarşı istifadə edilən dərman preparatlarının satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.
10 gündə Maliyyə Nazirliyinin 52 tenderi ləğv edildi – SİYAHI, MƏBLƏĞLƏR, SƏBƏBLƏR
FED.az xəbər verir ki, Agentlik sink fosfid (20 000 kg) və alüminium fosfid (8 000 kg) dərman preparatlarının alınması məqsədilə açıq müsabiqə üsulu ilə satınalma elan etmişdi. Tenderin ehtimal olunan qiyməti 803 min 200 manat təşkil edirdi.
Müsabiqə 7 mart 2025-ci il tarixində saat 18:51-də elan olunmuş, təkliflərin təqdim olunması üçün son tarix isə 10 aprel 2025-ci il saat 12:00 müəyyən edilmişdi. Həmin tarixdə eyni zamanda zərflərin açılması da baş tutmalı idi.
Lakin satınalma qanunvericiliyin 36.1.1-ci maddəsinə əsasən ləğv olunub. Həmin maddəyə görə, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda, tender keçirilmədən ləğv edilir.
Beləliklə, dərman preparatlarının alınması ilə bağlı nəzərdə tutulan bu iri məbləğli satınalma proseduru iştirakçıların sayının az olması səbəbindən baş tutmayıb.