Kənd Təsərrüfatı Nazirliyi təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sisteminin mövcud altsistemlərin təkmilləşdirilməsi üzrə bir sıra xidmətlərin satın alınması nəzərdə tutulur.
Sorğuda iştirak haqqı 530 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i: 1700069791
Satınalan təşkilatın ünvanı: AZ1000,Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küç. 80
Müsabiqənin başlama tarixi və vaxtı: 30.11.2023 16:25
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 14.12.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 15.12.2023 11:00
Hesab nömrəsi: AZ94CTRE00000000000002188301
Bankın adı: Dövlət Xəzinədarlıq Agentliyi
Bankın kodu: 210005
Müxbir hesab: AZ41NABZ01360100000000003944
Bankın VÖEN-i: 1401555071
Swift kodu: CTREAZ22
Ödəniş şərtləri : Tələb olunduğu halda satınalma müqaviləsinin dəyərinin 30 %-dən çox olmamaq şərtilə tələb olunan avansın 100 % məbləğində bank təminatı təqdim edildikdən sonra tətbiq olunur
Çatdırılma yeri : AZ1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 91
Çatdırılma müddəti : cari ilin sonunadək
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi
3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (tender elanından sonrakı tarixə)
4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (son hesabat ilinə aid mənfəət vergisinin bəyannaməsi);
5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı arayış 2023-cü ilin oktyabr və ya noyabr aylarında verilmiş olmalıdır həmçinin arayışı verən orqan tərəfindən təsdiq olunmalıdır) ;
6. Nizamnamə (notarial qaydada təsdiq edilmiş surəti
7. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarış (notarial qaydada təsdiq edilmiş surəti);
8. Dövlət qeydiyyatı haqqında şəhadətnamə (VÖEN) (notarial qaydada təsdiq edilmiş surəti) ;
9. Bank rekvizitləri
10. Malgöndərənin (podratçının) satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır)
11. Vergi orqanı tərəfindən təqdim olunmuş malgöndərənin (podratçının) müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış
12. İddiaçı daxili proseslərin avtomatlaşdırılması, elektron xidmətlərin yaradılması və analoji satınalma predmeti üzrə azı 2 (iki) uğurlu layihəni icra etməsi barədə məlumat təqdim etməlidir.
13.. Elektron Hökumət İnformasiya Sistemi infrastrukturu ilə iş təcrübəsinin olması (dövlət informasiya resurslarına inteqrasiyaların aparılmasın təmin edilməsi təcrübəsi) barədə məlumat təqdim etməlidir
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Əli Aslanlı, Aparıcı məsləhətçi
Email: [email protected]
Əlaqə telefonu : 012-498-89-14, İP 1036