“Təmiz Şəhər” ASC “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində bərk məişət tullantılarının idarəedilməsi üzrə müvafiq infrastrukturun yaradılması məqsədi ilə xüsusi təyinatlı texnikaların satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Hayat Motors” MMC olub.
Qalib şirkətə 3 738 889 manat ödəniləcək.
Bu qiymətə daxildir : hər birindən 4 ədəd olmaqla tırtıllı buldozer 16 ton və preslə işləyən 14 m3 tullantı daşıyan xüsusi texnika, hər birindən 3 ədəd olmaqla preslə işləyən 22 m3 tullantı daşıyan xüsusi texnika, özüboşaldan 20m3 m xüsüsi texnika bort hissəsi kiçik və yükləyici (bakalader), hər birindən 2 ədəd olmaqla skip trak və tırtıllı ekskavator və 1 ədəd xidməti avtomobil - pick-up tipli
Qeyd edək ki, “Hayat Motors” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Şahin Bayramov Osman oğludur . Hüquqi ünvanı Az1151, Bakı Şəhəri Xəzər Rayonu, Şağan Ştq, Yarməmməd Əsədullayev , ev 14 ünvanında yerləşir.