“Təmiz Şəhər” ASC “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində bərk məişət tullantılarının idarəedilməsi üzrə müvafiq infrastrukturun yaradılması məqsədi ilə xüsusi təyinatlı texnikaların satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Hayat Motors” MMC olub.
Şirkətlə 3 738 889 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən aşağıda qeyd olunmuş texnikaların satınalınması nəzərdə tutulub :
1. 4 ədəd tırtıllı buldozer 16 ton
2. 3 ədəd preslə işləyən 22 m3 tullantı daşıyan xüsusi texnika
3. 4 ədəd preslə işləyən 14 m3 tullantı daşıyan xüsusi texnika
4. 3 ədəd özüboşaldan 20m3 xüsüsi texnika bort hissəsi kiçik
5. 2 ədəd skip trak
6. 2 ədəd tırtıllı ekskavator
Qeyd edək ki, “Hayat Motors” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Şahin Bayramov Osman oğludur. Hüquqi ünvanı AZ1151, Bakı Şəhəri Xəzər rayonu, Şağan ştq, Yarməmməd Əsədullayev , ev 14 ünvanında yerləşir.