"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ (TƏBİB) tərəfindən qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi üzrə satınalma həyata keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmanın qalibləri Fərid Firudin oğlu Liftiyev və Rüfət Sərdar oğlu İsmixanlı (VÖEN: 1006280702 & 1008173362)
olub. Müqavilənin dəyəri 1 650 000 manat təşkil edir.
Qeyd edək ki, satınalma "Bir mənbə" metodu ilə baş tutub.











