İctimai Səhiyyə və İslahatlar Mərkəzi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda SHE layihəsi və "Yuxu Sağlamlığı" təşviqi proqramları üzrə maarifləndirmə işləri; məişət zorakılığı ilə mübarizə mövzusunda müsabiqənin təşkili; STEPS metodologiyası üzrə hazırlıq işləri; ALSO, klinik protokollar, internat məktəblərində və “İş mühitində sağlamlıq” xüsusi mövzularda təlimlərin keçirilməsi; metodik tövsiyyələr; tütündən imtina kabineti işinin təkmilləşdirilməsi və “İctimai səhiyyə” adlı davamlı canlı efirlərin təşkili nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1300204371
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal rayonu , H.Zərdabi 96
Müsabiqənin başlama tarixi və vaxtı: 28.08.2023 17:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 18.09.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 26.09.2023 11:00
Zərflərin açılış tarixi və vaxtı: 27.09.2023 11:00
Çatdırılma yeri - H. Zərdabi 96
Çatdırılma müddəti - 31.12.2023
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Maliyyə vəziyyəti haqqında bank arayışı
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Mətanət İbadova, Menecer
Email: [email protected]
Əlaqə telefonu: +994124316088
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Azərbaycan Yazıçılar Birliyi ilə əməkdaşlıq çərçivəsində 2023-cü ildə məişət zorakılığı ilə mübarizə mövzusunda hekayə müsabiqəsinin təşkili |
Azərbaycan Yazıçılar Birliyi ilə əməkdaşlıq çərçivəsində 2023-cü ildə məişət zorakılığı ilə mübarizə mövzusunda hekayə müsabiqəsinin təşkil olunacaq. Hekayə müsabiqəsinin Azərbaycanda nəşr olunan populyar bədii jurnallardan biri olan Azərbaycan Yazıçılar Birliyinin orqanı “Ulduz” jurnalının tələblərinə uyğun olacaq, münsiflər heyətinin formalaşdırılması və işinin təşkili olunacaq |
1 |
ədəd |
2 |
ÜST-nin STEPS metodologiyasına uyğun olaraq qeyri-infeksion xəstəliklər üçün risk faktorlarının öyrənilməsinin tətqiqatın yeni 5-illik mərhələsinə hazırlıq işlərinin aparılması |
Azərbaycanda qeyri-infeksion xəstəliklərin risk faktorlarının yayılması ilə bağlı STEPS ümummilli araşdırmanın növbəti mərhələsinin keçirilməsi üçün hazırlıq işlərinə - ÜST ekspertlərinin cəlb edilməsi ilə danışıqlara başlanacaq, yeni sorğu vərəqəsinin redaktə edilməsi, Azərbaycan və rus dillərinə tərcüməsi, Dövlət Statistika Komitəsinin əməkdaşları ilə görüşlər və tədqiqat nümunəsinin öyrənilməsi, intervüerlər üçün treninqlərin keçirilməsi, sorğu anketinin sorğu platformasına daxil edilməsi və s. |
1 |
ədəd |
3 |
İSİM tərəfindən hazırlanmış klinik protokollar üzrə təlimlərin keçirilməsi |
Həkimlərin 2022 və 2023-cü illər ərzində İSİM-də hazırlanmış yeni və ya yenilənmiş klinik protokollarla tanış olması üçün təqdimatların və təlimlərin keçirilməsi planlaşdırılır. Təlimlər müxtəlif ixtisaslar üzrə həkimlər üçün nəzərdə tutulub. Təlimlər zamanı İSİM-də çap olunmuş protokollar və ilkin tibbi yardım göstərən həkimlər üçün protokollar toplusu həkimlərə paylanılacaq. |
1 |
ədəd |
4 |
Mamalıqda təkmilləşdirilmiş təxirəsalınmaz yardim (ALSO) təlimatların keçirilməsi |
Mamalıqda təkmilləşdirilmiş təxirəsalınmaz yardim ABŞ-ın (ALSO) təlimatların 50 nəfərlik mama-ginekoloqların, mamaların və anestezioloq-reanimatoloqların, neonatoloqlar mütəxəssilər üçün keçirilməsi. Təlimatın kitab formatında hazırlanması və cap olunması. Bu təlimlər üçün ekspertlərin hazırlanması nəzərdə tutulur. |
1 |
ədəd |
5 |
Facebook sosial şəbəkəsinin səhifəsindən “İctimai səhiyyə” adlı davamlı canlı efirlərin təşkili |
Əhalinin tibbi maarifləndirilməsi məqsədilə Facebook sosial şəbəkəsinin səhifəsindən “İctimai səhiyyə” adlı davamlı canlı efirlərin təşkili həyata keçiriləcək. Mövzular üzrə ekspertlər tərəfindən təqdimatlar hazırlanacaq, canlı yayım təşkil olunacaq və mütəxəssislər sosial şəbəkənin ziyarətçilərinin maraqlanan suallarını cavablandıracaqlar |
1 |
ədəd |
6 |
“İş mühitində sağlamlıq” Təşviqi proqramı |
Beş fərqli özəl müəssisədə çalışan əməkdaşlara iş stresinin idarə olunması,iş yerinin gigiyenası və erqonomikası, sağlam qidalanma, fiziki aktivlik kimi mövzularını özündə birləşdirən təlimlərin aparılması |
1 |
ədəd |
7 |
"Yuxu Sağlamlığının Təşviqi Proqramı" |
3 fərqli universitetdə tələbələr arasında Sağlam yuxu ilə bağlı maariflənmənin aparılması |
1 |
ədəd |
8 |
İlkin səhiyyə səviyyəsində ahıl pasiyentlərin kompleks qiymətləndirilməsi metodik tövsiyyələr |
“QİX ilə bağlı ümumrespublika və yerli səviyyədə palliativ və reabilitasiya xidmətlərini yaratmaq” üzrə fəaliyyət istiqamətinin icrası ilə əlagədar 2022-cı ildə İSİM tərəfindən “Ailə həkimləri arasında ahıl pasiyentlərə xidmətin göstərilməsinə dair aparılmış sorğu aparılmışdır. Sorğu nəticələrinin araşdırması ən yaxşı təcrübələr əsasında yaşlı pasiyentlərin hərtərəfli qiymətləndirilməsi üçün metodiki tövsiyələrin işlənib hazırlanması, ilkin tibb müəssisələrində yayılması və ilkin tibbi yardım həkimlərinin təcrübəsinə daxil edilməsinin vacib olduğunu göstərmişdir. |
1 |
ədəd |
9 |
İnternat məktəblərində uşaqlar üçün xüsusi mövzularda təlimlərin keçirilməsi |
“Miopiyanın (yaxından görmə) və onun profilaktikası” və “Düzgün qamət. Skoliozun profilaktikası” tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Tədbirlər müddətində Bakı şəhərində 10 məktəb şagirdləri üçün 2023-ci il ərzində maarifləndirici tədbirlərin təşkili və keçirilməsi nəzərdə tutulur . |
1 |
ədəd |
10 |
Tütündən imtina kabineti - onlayn məsləhətlər |
Metodik təlimatlar əsasında İSİM mütəxəssislərinin iştirakı ilə “Tütündən imtina üzrə Qaynar Xətti”nin fəaliyyəti davam etdiriləcək. Qaynar xətt barədə geniş məlumatlandırma işi aparılacaq və ilin axirinda Qaynar xəttin fəaliyyətinin kəmiyyət və keyfiyyət indikatorlarının qiymətləndiriləcək |
1 |
ədəd |
11 |
“Sağlamlığı təşviq edən Məktəblər"də (SHE) geniş maarifləndirmə işlərinin aparılması |
İSİM və Təhsil Nazirliyi ilə birgə yaratdığı 4 pilot “Sağlamlığı təşviq edən Məktəblər"də geniş maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur. Məktəblərdə İSİM mütəxəssisləri aşağıda geyd olunan tədbirin həyata keçirilməsini planlaşdırılır: fiziki aktivlik, sağlam qidalanma dair, ümumi gigiyena qaydaları, kobud davranış, ətraf mühitin sağlamlığa təsiri, sağlam həyat tərzinin təbliği |
1 |
ədəd |
12 |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə secilmiş məktəblərdə "Sağlam həyat tərzinin təbliği" üçün təlimlərin keçirilməsi |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə təhsil müəssisələrində - məktəblərdə, institutlarda reproduktiv sağlamlıq və sağlam həyat tərzi ilə bağlı təlimlər keçiriləcəkdir. Ümumilikdə 30-yə yaxın təlim keçiriləcəkdir. |
1 |
ədəd |