İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "“Tibb müəssisələrinin maye oksigen ilə təmin olunması xidmətləri”nin satın alınması" tenderi ləğv olunub.
FED.az xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.
Ləğv edilmə mətni - Təkliflərin sayı üçdən az olduğu üçün “Dövlət satınalmaları haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən tender proseduru baş tutmur və onun davamından imtina edilir.
Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.