İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşlarının bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə təlim xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1701911851
Satınalan təşkilatın ünvanı: Nəsimi rayonu, Lev Tolstoy küç 170
Müsabiqənin başlama tarixi və vaxtı: 28.08.2023 15:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 18.09.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 26.09.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 27.09.2023 17:00
Ödəniş şərtləri - Satınalma müqaviləsi imzalandıqdan və İcraçı tərəfindən hesab-faktura təqdim edildikdən sonra 10 (on) bank günü ərzində xüsusi şərtlərin müqavilənin 11-ci hissəsində göstərilmiş şərtlərə uyğun olaraq birdəfəyə və ya hissəvi şəkildə təhvil verildikdən, hesab-faktura, elektron qaimə-faktura, təhvil-təslim aktı təqdim olunduqdan sonra 10 (on) bank günü ərzində Sifarişçi tərəfindən İcraçıya ödənilməlidir.
Çatdırılma yeri - Qalib gələn şirkətin təlim ofisində
Çatdırılma müddəti - 12 ay
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanından arayış;
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının notarius surəti ;
Tender iştirakçısının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması və yaxud müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd- Kommersiya məhkəməsindən və ya Dövlət Vergi Xidmətindən Yüklülük haqqında arayış;
Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması haqqında arayış (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır);
Tender iştirakçısının satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmasının təsdiqi kimi kiçik, orta, yaxud hüquqi şəxslər birliyinin daxilində mikro sahibkarlıq subyekti olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış. Təqdim olunan arayış notarius təsdiqli olmalıdır;
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Səbinə Məmmədova, Baş məsləhətçi
Email: [email protected]
Əlaqə telefonu: (+994 12) 310 07 70 (4444)
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Şifahi və yazılı ünsiyyyət bacarıqları |
1.Ünsiyyətin növləri və nitq mədəniyyəti 2.Nitq vərdişlərinin inkişafı (Diksiya,intonasiya, vurğu) 3. Verbal ünsiyyətin əsas göstəriciləri 4.İctimaiyyət qarşısında çıxış 5.Özünü təqdimetmə mədəniyyəti 6. Ünsiyyət zamanı davranış mədəniyyəti 7.İnformasiyanın ötürülməsində iştirak edən kanallar (bədən dili, jestlər, mimika) 8.İşgüzar görüşlərdə bədən dilindən düzgün istifadə 9.Dinləmə və izahetmə bacarıqları 10.Effektiv geri bildirim (həmkarlar arasında feedback) 11.Ünsiyyət zamanı təsiretmə və inandırma bacarıqları 12.Telefonda ünsiyyət 13. İşgüzar yazışmaların əsas istiqamətləri, imkan və məhdudiyyətləri 14.İşgüzar məktubun quruluşu, tərkibi, tərtibatı və əhatə dairəsi 15.E-maildən istifadə və elektron məktubların yazılması qaydaları 16.İşgüzar məktuba diqqəti necə cəlb etməli 17.İşgüzar məktubların tərtibatında edilən ən kobud səhvlər 18. İşgüzar yazışmalarda subordinasiya və etik qaydalara əməl edilməsi. |
96 |
nəfər |
2 |
Zamanın idarəedilməsi və planlama |
1.Zamanın idarəedilməsi anlayışı, məzmunu və xususiyyətləri. 2.Tapşırıqların düzgün prioritetləşdirməsi (Paretto prinsipləri və Eyzenhauer matriksi) 3.Hədəflərin müəyyənləşdirilməsi, verilən tapşırıqların düzgün planlaşdırılması (“SMART” məqsədlər) 4. Vaxtın səmərəli şəkildə idarə edilməsi məqsədilə effektiv olmayan vərdişlərin aradan qaldırılması 5.Prokastinasiya (Tapşırıqların ertələnməsi) 6.Tapşırıqların icrası zamanı diqqətin idarə edilməsi 7.Tapşırıqların düzgün planlaşdırılması metodları (WBS, Gantt Chart və s) 8.İş və həyat balansı (istirahət və özünüyeniləmə) |
62 |
nəfər |
3 |
Excel vasitəsilə avtomatlaşdırma və hesabatlılığın qurulması |
A səviyyə: 1.Excel faylının yaradılması və idarə olunması 2.Xüsusi köçürmələr (paste special option) 3.Xanaların formatlaşdırılması, şrift (font), düzləndirmə (alignment), xana tipləri (number formats) 4.Qısayollar 5.Cədvəl kimi formatlamaq 6.Xana üslubları (cell style) 7.Doldur menyusu (fill) 8.Səhifə parametrləri 9. Funksiyalar (sum, count, average, time, date,left, right, , if, now,max, min, trim,today) 10.Qrafiklər 11.Pəncərə (window) menyusu 12.Şərti formatlaşdırma 13.Sürətli doldur (flash fill) 14. Fərqli tap-seç (Go to special) 15.Pivot table, pivot chart 16. (Kiçik qrafiklər) (Sparklines) 17.Slayser, zaman tuneli (slicer, timeline) 18.Hiperəlaqə (hyperlink), 19.Power view 20.Text menyusu 21. Xəta tipləri, funksiyalar (if, ifs, and, iferror,or, search, find, xlookup,filter,sort, concatenate,text,upper,proper,sumif, sumifs,countif,median, mid,networkdays,match, index,hlookup,unique,subtotal, round, sequence) 22.Hesablama (Calculation) 23. Müəyyənləşdirilmiş adlar (Defined names) 24.Verilənlərin idarəedilməsi (Data tools) 25.Sürətli analiz alətləri (Quick analysis tool) 26.Konturlama (outline) 27.Qruplaşdırma 28. Formula yoxlanılması (Formula auditing) 29.İşçi kitabını qoru (protect and share workbook) B səviyyə 1.Funksiya birləşdirilməsi 2.Dinamik qrafiklər 3.VBA, macros 4.Power pivot |
121 |
nəfər |
4 |
Təqdimat bacarıqları (power point vasitəsilə təqdimat hazırlanması) |
1.Təqdimat bacarıqları anlayışı 2.Təqdimat zamanı davranış 3.Təqdimatı effektiv edən vasitələr 4.Təqdimatda tipik səhvlər 5.Təqdimatların hazırlanmasında istifadə olunan texniki vasitə və proqramlar 6.Power point proqramında təqdimatın hazırlanması, şablonlarla iş, slaydlarla iş və dizayn hazırlanması 7.Slaydlarda cədvəl, mətn,qrafik və şəkillər 8.Slaydlarda audio, video, səs və animasiyalar 9.Power point proqramında təqdimata hazırlıq mərhələsi |
38 |
nəfər |