İcbari Tibbi Sığorta Agentliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda HP markalı (HP Color LaserJet Pro MFP M280nw/ HP LaserJet Pro MFP M130A) printerlərin kartriclərinin, ehtiyat hissələrinin, həmçinin 1 illik servis və dolum xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1701911851
Satınalan təşkilatın ünvanı: Nəsimi rayonu, Lev Tolstoy küç 170
Müsabiqənin başlama tarixi və vaxtı: 03.08.2023 10:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 28.08.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 05.09.2023 16:15
Zərflərin açılış tarixi və vaxtı: 06.09.2023 16:00
Ödəniş şərtləri
Kartric və ehtiyat hissələri üzrə ödənişlər İcraçı tərəfindən hesab-faktura, elektron qaimə-faktura təqdim edildikdən və elektron qaimə-fakturada göstərilən mallar təhvil-təslim aktı əsasında təhvil verdikdən sonra Sifarişçi tərəfindən 10 (on) bank günü ərzində, servis xidmətlərinə görə ödənişlər isə İcraçı tərəfindən ödəniş sənədləri (təhvil-təslim aktı, hesab-faktura, elektron qaimə-faktura) təqdim edildikdən sonra hər təqvim ayına görə növbəti ayın 10-dan gec olmamaq şərtilə Sifarişçi tərəfindən icra ediləcəkdir.
Kartric və ehtiyat hissələri üzrə ödənişlər İcraçı tərəfindən hesab-faktura, elektron qaimə-faktura təqdim edildikdən və elektron qaimə-fakturada göstərilən mallar təhvil-təslim aktı əsasında təhvil verdikdən sonra Sifarişçi tərəfindən 10 (on) bank günü ərzində, servis xidmətlərinə görə ödənişlər isə İcraçı tərəfindən ödəniş sənədləri (təhvil-təslim aktı, hesab-faktura, elektron qaimə-faktura) təqdim edildikdən sonra hər təqvim ayına görə növbəti ayın 10-dan gec olmamaq şərtilə Sifarişçi tərəfindən icra ediləcəkdir.
Çatdırılma yeri - Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170.
Çatdırılma müddəti - Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra bütün mallar İcraçı tərəfindən 21 (iyirmi bir) təqvim günündən gec olmayaraq Sifarişçiyə təhvil verilməlidir. Xidmətlər isə satınalma müqaviləsi imzalandıqdan sonra hər ay üzrə olmaqla ümumilikdə 12 ay müddətində icra edilməlidir.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış.
Tender iştirakçısının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması və yaxud müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd.
İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmasının təsdiqi kimi kiçik, orta, yaxud hüquqi şəxslər birliyinin daxilində mikro sahibkarlıq subyekti olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti).
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması haqqında arayış.
Nizamnamə.
Qeydiyyatdan keçdiyi ölkə.
Rekvizitlər.
İxtisas göstəriciləri:
Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi.
Bakı şəhərində yerləşən servis mərkəzi haqqında məlumat.
Tenderin predmeti üzrə şirkətin zəruri əməkdaşlarının mövcudluğu.
İddiaçının təklif olunan malların satılmasına müvəkkil edildiyini təsdiq edən Avtorizasiya sənədi (Manufacturer Authorization Form).
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Anar Rəhimov, Şöbə müdiri
Email: [email protected]
Əlaqə telefonu: (012) 310 07 70 (2022)