Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsinin "Fövqəladə Hallar Nazirliyinin Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən Mülki Müdafiə Qoşunlarının Təlim Mərkəzində cari təmir işləri" tenderi ləğv olunub.
FED.az xəbər verir ki, buna səbəb tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmədir (DSQ 11,2-ci maddə, 3-cü hal).
Ləğv etmə mətni növbəti mərhələyə planlaşdırıldığı üçün.
Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.2-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədi ilə aşağıdakı hallarda bütün tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qərar qəbul edə bilər:
tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə;
tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda;
tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda.