Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi iki tenderə yekun vurub.
FHN Zaqatalada evlərin tikinti və bərpasına 4 milyon manat - SƏRF EDƏCƏK
FED.az xəbər verir ki, hər iki tenderin qalibi “Fim Group” MMC olub.
Qalib şirkətlə 4 559 663 manat məbləğində müqavilələr imzalanıb.
Qeyd edək ki, “Fim Group” MMC-nin nizamnamə kapitalı 20 AZN təşkil edir və qanuni təmsilçisi Fuad Əhmədzadə Əlisoltan oğludur.
Tenderlər haqqında daha detallı :
№ |
Satınalma predmeti |
Məbləğ |
1 |
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri Nərimanov rayonunda yerləşən 1 nömrəli Xüsusi Təyinatlı, Xəzər rayonunun Mərdəkan qəsəbəsində, Astara və Lənkəran şəhərlərində yerləşən Yanğından Mühafizə hissə və bölmələrində, Dövlət Yanğın Nəzarəti Xidmətinin inzibati binasının 4-cü və 5-ci mərtəbələrində əsaslı təmir işləri |
1 601 612 AZN |
2 |
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin 4 çıxışlı yanğınsöndürmə deposunun tikintisi işləri |
2 958 051 AZN |