Ərazi Tikinti Planlaşdırma İdarəsi bir mənbədən satınalma üsulu ilə daha bir müsabiqəyə yekun vurub.
FED.az xəbər verir ki, qalib "Conco" QSC (VÖEN: 1403054601) olub.
Şirkətlə 2 milyon manat məbləğində müqavilə imzalanıb.
Müqavilədə Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması nəzərdə tutulur.
"Conco" QSC daha öncə Ərazi Tikinti Planlaşdırma Mərkəzi ilə bir mənbədən satınalma üsulu 800 000 manat dəyərindəki "Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması" (11.01.2023), 3 milyon manat dəyərindəki "Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması" (03.06.2022), 1 030 080 manat dəyərindəki "“Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması" tenderlərinin qalibi olub (26.01.2021).