Əmanətlərin Sığortalanması Fondu (VÖEN – 1700773271) açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderin predmeti Privileged Access Management (PAM) – CyberArk sistemi üzrə 40 (qırx) nəfərlik istifadəçi üçün 1 (bir) illik xidmətin satın alınmasıdır.
Ehtimal olunan qiymət 99 min 235,87 manat təşkil edir.
Tender 15 oktyabr 2025-ci il tarixində dərc olunub. Təkliflərin son təqdim olunma tarixi 14 noyabr 2025-ci il, saat 12:00-dək, zərflərin açılışı isə 14 noyabr 2025-ci il, saat 16:00-da keçiriləcək.
Tender təkliflərinin təminatı ehtimal olunan qiymətin 10 faizi həcmində bank qarantiyası ilə təmin edilməlidir (9.923,59 manat).
İştirak haqqı 100 (bir yüz) manat təşkil edir. Qeyd edək ki, iştirak haqqı geri qaytarılmır.
Satınalma predmetinin çatdırılacağı ünvan: Bakı şəhəri, Babək prospekti 16.
Əlaqələndirici şəxs – Rüfanə Xanlarova, Əmanətlərin Sığortalanması Fondunun Satınalma Komissiyasının katibi.
E-poçt: [email protected]
Telefon: (+994) 941
İddiaçılar təkliflərini 14 noyabr 2025-ci il, saat 12:00-dək Bakı şəhəri, Babək prospekti 16 ünvanına təqdim edə bilərlər.










