Elektron Hökumətin İnkişafı Mərkəzi elektron sənəd dövriyyəsi sisteminin qurulması və bir il ərzində dövlət orqanları işçilərinin sənəd dövriyyəsi servisi ilə təmin edilməsi məqsədilə açıq tender elan edir.
Aqrar Xidmətlər Agentliyi 4,5 milyon manatlıq tenderin qalibini - ELAN ETDİ
FED.az xəbər verir ki, iddiaçının informasiya sistemlərinin yaradılması və tətbiqi sahəsində ən azı 2 (iki) oxşar iş təcrübəsi olmalıdır;
İddiaçı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş “Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi” üzrə lisenziyaya malik olmalıdır.
Yuxarıdakı şərtləri ödəməyən iddiaçılar tenderdə iştirak edə bilməzlər.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
VÖEN: 1503985871
Bank: “Kapital Bank” ASC Mərkəz filialı
Bank VÖEN: 9900003611
Müxbir hesabı
: AZ37NABZ01350100000000001944
Kod: 200026
SWİFT: AİİBAZ2X
İBAN: AZ16AİİB38060019440386688102
İştirak haqqı 1000 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Malgöndərənin Tenderdə iştirak üçün müraciət ərizəsi (iştirak haqqı-ödəniş sənədi)
- Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, Nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (təkliflərin qüvvədə olma tarixdən sonra 30 bank günü qüvvədə olmalıdır);
- Malgöndərənin (podratçının) son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti;
- İddiaçının hansı sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;
- Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;
- Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.
Hər bir iddiaçı ixtisas göstəriciləri üzrə aşağıdakı məlumatları təqdim etməlidirlər:
İddiaçının elektron sənəd dövriyyəsi sistemlərinin hazırlanması və tətbiqi üzrə iş təcrübəsi haqqında məlumat (müqavilənin surəti, müvafiq aktlar və ya tövsiyə məktubları və cəlb olunan mütəxəssislərin siyahısı) və davam edən layihələri haqqında məlumat (müqavilənin surəti və cəlb olunan mütəxəssislərin siyahısı)
İddiaçının təklif etdiyi elektron sənəd dövriyyəsi sisteminin yaradılması və tətbiqi üzrə mütəxəssislərinin olması (mütəxəssislərin tərcümeyi-halları və sertifikatları) barədə sənəd
İddiaçının informasiya sistemlərinin yaradılması və tətbiqi sahəsində ən azı 2 (iki) oxşar iş təcrübəsini təsdiq edən sənəd.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Siyahısı yuxarıda göstərilmiş və iddiaçının tender təklifini təşkil edən sənədlər Tender Komissiyasına aşağıdakı qaydada çatdırılmalıdır:
İddiaçının texniki təklifi əsli və surəti eyni bir zərfə qoyulmaqla, qiymət təklifini təklifin bank təminatı ilə birlikdə əsli və surəti digər zərfə qoyulmaqla zərfləri imzalayıb möhürləyirlər, sonra isə texniki və qiymət təklifləri olan zərfləri başqa bir xarici zərfə qoyub, xarici zərfi imzalayıb və möhürləyib Əsas Şərtlər Toplusunun Məlumat Xəritəsində göstərilmiş vaxtdan gec olmayaraq göstərilmiş ünvana göndərirlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı daxil olmaqla) 02.08.2021-ci il tarixdə saat 18:00-a qədər, Satınalan Təşkilatın ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 19A, AZ 1069, “Elektron Hökumətin İnkişafı Mərkəzi” PHŞ inzibati binasına Telefon: (+99412) 4447444 (3184) Fax: (+99412) 541-76-63 təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 03.08.2021-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu Atatürk prospekti 19A “Elektron Hökumətin İnkişafı Mərkəzi” PHŞ inzibati binasında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.