Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti 4 ədəd tenderə start verib.
Təhsil Nazirliyi 8 milyon manatlıq tender keçirir - ŞƏRTLƏR
FED.az xəbər verir ki, elan olunan tenderlər kommunikasiya avadanlıqları, elektrikötürücü qurğular, avadanlıqların alınması və hərbi hissələrin ərazilərinin abadlaşdırılması xidmətlərini əhatə edir. Satınalmalar üzrə ehtimal olunan ümumi dəyər 304 min manatdan çoxdur.
İlk tender olan kommunikasiya avadanlıqlarının satın alınması üzrə elan edilmiş tenderin ehtimal olunan qiyməti 52 914 manatdır. Müsabiqədə iştirak etmək üçün müəyyən edilmiş ödəniş 106 manat təşkil edir. Təkliflərin təqdim olunması və açılışı 19 avqust 2025-ci il saat 10:30-da baş tutacaq.
DSX-nin hərbi hissələrinin ərazisinin abadlaşdırılması ilə bağlı elan edilən satınalma proseduru çərçivəsində 98 152 manatlıq işin görülməsi nəzərdə tutulur. Bu tender üzrə iştirak haqqı 196 manat müəyyən edilib. Təkliflərin təqdim və açılış tarixi əvvəlki tenderlə eynidir – 19 avqust 2025, saat 10:30.
Elektrikötürücü qurğuların satın alınması üzrə tenderdə isə ehtimal olunan qiymət 110 618 manatdır. Bu satınalmada iştirak etmək istəyənlər üçün müəyyən olunmuş iştirak haqqı 250 manatdır. Təkliflərin qəbul və açılış vaxtı yenə 19 avqust 2025-ci il, saat 10:30 olaraq göstərilib.
Avadanlıqların alınması ilə bağlı elan edilmiş tenderin dəyəri 43 070 manat səviyyəsində müəyyənləşdirilib. Bu tender üzrə iştirak haqqı 86 manatdır. Digər müsabiqələrdə olduğu kimi, bu tender üzrə də sənədlərin qəbulu və açılış mərhələsi 19 avqust 2025-ci il saat 10:30-da keçiriləcək.
Bütün tenderlərlə bağlı əlaqələndirici şəxs Dövlət Sərhəd Xidmətinin satınalma mütəxəssisi Toğrul Qarayevdir. Maraqlanan tərəflər əlavə suallar və sənəd təqdimatları üçün [email protected] elektron poçt ünvanı və +994 12 498 01 36 nömrəsi vasitəsilə onunla əlaqə saxlaya bilərlər.