Dövlət Turizm Agentliyi təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki. sorğuda Palçıq Vulkanları Turizm Kompleksində binaların daxili bəzək və tamamlama işləri, mebel, avadanlıqlar, daxili və xarici işıqlandırma avadanlıqları ilə təchizatı işlərinin satın alınması nəzərdə tutulur.
Müsbaiqədə iştirak haqqı 1000 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1404365471
Satınalan təşkilatın ünvanı: Nəsimi rayonu, Ü. Hacıbəyli 134.
Müsabiqənin başlama tarixi və vaxtı: 06.09.2023 17:34
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 22.09.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 25.09.2023 12:00
Hesab nömrəsi: AZ53CTRE00000000000008498501
Bankın adı: Dövlət Xəzinıdarlıq Agentliyi
Bankın kodu: 210005
Müxbir hesab: AZ41NABZ01360100000000003944
Bankın VÖEN-i: 1404365471
Swift kodu: CTREAZ22
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması (nizamnamə, reyestrdən çıxarış, şəhadətnamə-VÖEN, hüquqi ünvan və bank rekvizitləri, imza səlahiyyətinə dair əmr və ya etibarnamə)
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması (yüklülük barədə arayış)
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (məhkumluq ilə bağlı arayış)
Sahibkarlıq subyektinin bölgüsü
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi bəyənnaməsi)
Maliyyə vəziyyəti haqqında bank arayışı
Təkliflər sorğusu üzrə tender təklifinin təminatı
İddiaçının son 3 (üç) il ərzində oxşar işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər
Peşəkar işçi heyətinə dair məlumat
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Mehman Bayramov, Sektor müdiri
Email: [email protected]
Əlaqə telefonu: (+994 12) 5058704/ daxili 2304, mobil 051 229 60 15
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.