Dövlət Sərhəd Xidməti 3 tenderə yekun vurub .
FED.az xəbər verir ki, “Yanğından mühafizə və xəbəretmə sistemləri, rütubət əleyhinə avadanlıqların quraşdırılması işləri” tenderinin qalibi “Cool Vent Group” MMC olub.
Şirkətlə 1 054 001 manat məbləğində müqavilə imzalanıb.
***
“Səhra geyimləri və çəkmələr” tenderinin qalibi “Mega Textil” MMC olub.
Şirkətlə 1 306 826 manat məbləğində müqavilə imzalanıb.
***
“Mühəndis çəpərinin quraşdırılması üçün tələb olunan materiallar” tenderinin qalibi “Babayev Group Company” MMC olub.
Şirkətlə 1 522 967 manat məbləğində müqavilə imzalanıb.