Dövlət Sərhəd Xidməti bir neçə tenderə yekun vurub.
FED.az xəbər verir ki, "Döyüş təyinatlı texnikalar üçün xüsusi yağlar və mayelər" tenderinin qalibi "Az Battery" MMC (VÖEN: 2906070851) olub.
Şirkətlə 286 268 manat məbləğində müqavilə imzalanıb.
Dəftərxana ləvazimatları ilə bağlı tender "H.I.Q.A." MMC (VÖEN: 1506004381) olub.
Şirkətlə 214 649 manat məbləğində müqavilə imzalanıb.
"Uçuş heyəti üçün xüsusi geyimlər" tenderi üzrə "Azeli Textil" MMC (VÖEN: 1300090581) ilə 36 167 manat, portretlərlə bağlı "Hermano" MMC ilə (VÖEN: 1504697411) 8 968 manat məbləğində müqavilə imzalanıb.