İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasının müxtəlif şəhər və rayonlarında yerləşən dövlət əmlaklarının 2024-cü il ərzində qiymətləndirilməsi xidməti” tenderinin nəticələrini elan edib.
Bu şirkət 3,7 milyon manat müqabilində 33 mərtəbəli inzbati bina tikəcək – TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, tenderin qalibi “Açar Qiymətləndirmə Mərkəzi” MMC olub.
Şirkətlə 287 271manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən aşağıda qeyd olunan əmlkalar üzrə qiymətləndirmə xidmətləri satın alınacaq :
1) 10 ədəd dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılacaq səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının müəyyən edilməsi
2) 250 ədəd kiçik dövlət müəssisə və obyektlərinin, o cümlədən daşınar dövlət əmlaklarının qiymətləndirilməsi
3) 1 500 ədəd özəlləşdirilməsi və ya icarə verilməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahələrinin qiymətləndirilməsi
4) 500 ədəd nəqliyyat vasitələrinin qiymətləndirilməsi