Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizat üçün avadanlıqların alınıb-quraşdırılması və peşə məktəblərində təlim stendləri üçün avadanlıqların və digər malların satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Rrm Təmir-Tikinti” QSC olub.
Şirkətlə 11 689 756 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Rrm Təmir-Tikinti” QSC 2020-ci ildə yaradılıb. Nizamnamə kapitalı 2 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elnur Hümmətov Zahid oğludur. Hüquqi ünvanı Az1122, Bakı Şəhəri Yasamal Rayonu, Əsəd Əhmədov, ev 2B, m. 61 ünvanında yerləşir.