“İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC 3 tenderə yekun vurub.
FED.az xəbər verir ki, hər 3 tenderin qalibi “Caspel” MMC şirkəti olub.
Qalib şirkətlərlə toplamda 6 232 793 manat dəyərində müqavilələr imzalanıb.
Satınalma predmeti və məbləğlər aşağıdaki kimi müəyyənləşdirilib :
| Satınalma Predmeti | Məbləğ | 
| “Lisenziyaların və dəstək xidmətlərinin göstərilməsi”nin satın alınması | 2 114 122 | 
| “Server üçün avadanlıqlar”ın satın alınması | 2 189 809 | 
| “Kompüter, ofis avadanlıqlarının və fiziki yaddaşlar”ın satın alınması | 1 928 862 | 


 
            
 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








