Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi “Avtomobil nəqliyyat vasitələri (Yük avtomobilləri)” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Hayat Motors” MMC olub.
Şirkətlə 722 160 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən hər birindən 2 ədəd olmaqla yükünü özüboşaldan avtomaşın (5 ton) və yanacaqdaşıyan avtomaşın (10 kub metr) , hər birindən 1 ədəd olmaqla beton qarışdıran avtomaşın (7 kub metr), su daşıyan avtomaşın (20 kub metr) və su daşıyan avtomaşın (10 kub metr) satın alınacaq.