Dövlət Sərhəd Xidməti 4 tenderə yekun vurub.
12 milyon manatlıq tenderin qalibi – BU ŞİRKƏT OLDU
FED.az xəbər verir ki, “KAMAZ-43114 markalı yük və şəxsi heyət daşıyan avtomobillər üçün avtoşinlər” tenderinin qalibi “Şurataz Ltd” MMC olub.
Şirkətlə 212 400 manat məbləğində müqavilə imzalanıb.
“Minik, yük avtomobilləri, xüsusi və mühəndis texnikaları üçün avtoşinlər” tenderinin qalibi “Şurataz Ltd” MMC olub.
Şirkətlə 258 189 manat məbləğində müqavilə imzalanıb.
“MAZ markalı avtomobillər üçün 525/70 R-21 66 PR-16 ölçülü avtoşinlər” tenderinin qalibi “NM Stock” MMC olub .
Şirkətlə 275 388 manat məbləğində müqavilə imzalanıb .
“B-92 layihəli Neftqaz tipli gəmilərin orta (əsaslı) təmir işləri” tenderinin qalibi "Franklin Offshore İnternational Pte.Ltd." Şirkətinin Azərbaycan Respublikasındakı "Franklin Offşor Kaspian Ltd." Nümayəndəliyi olub .
Şirkətlə 5 250 629 manat məbləğində müqavilə imzalanıb.