“Klinikİ Tibbi Mərkəz” Publik Hüquqi Şəxs (VÖEN – 1400727591) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portları xəbər verir ki, tenderin predmeti 2026-cı il üzrə tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətinin satın alınmasıdır. Ehtimal olunan qiymət 297 min 908 manat təşkil edir.
Tender 26 dekabr 2025-ci ildə dərc olunub. Təkliflər 22 yanvar 2026-cı il tarixinə qədər təqdim olunmalıdır.
Tenderdə iştirak haqqı 350 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Xatırladaq ki, “Kliniki Tibbi Mərkəz” bu ilin may ayında tibbi tullantıların daşınması və utilizasiya xidmətlərinin satınalınması ilə bağlı “Azlogistika and Management Services” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 248 min manat dəyərində müqavilə bağlamışdı.
Qeyd edək ki, “Azlogistika and Management Services” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 6 min manatdır.
Budəfəki tenderin əlaqələnirici şəxsi satınalma şöbəsinin müdiri Elmar Qurbanlıdır.
Əlaqə:
[email protected]
+994 50 415 51 51
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi 1 ünvanına təqdim edə bilərlər.











